ABŞ Maduroya Türkiyəyə getməyi təklif edibmiş

abs-maduroya-turkiyeye-getmeyi-teklif-edibmis
Oxunma sayı: 7020

2025-ci il dekabrın 23-də Venesuela ətrafındakı böhranı həll etmək üçün ABŞ hakimiyyəti prezident Nikolas Maduroya vəzifəsini tərk edərək Türkiyəyə getməyi təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The New York Times” məlumat yayıb.

Danışıqların uğursuzluğu Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən yanvarın 3-də ələ keçirilməsinə səbəb olub. NYT yazır ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 25-də Karakasda əməliyyata icazə verib.