ABŞ-nin Bağdaddakı Səfirliyi raket atəşinə tutuldu

abs-nin-bagdaddaki-sefirliyi-raket-atesine-tutuldu
Oxunma sayı: 990

ABŞ-nin Bağdaddakı Səfirliyinin ərazisi raket atəşinə tutulub.

“Qafqazinfo” “Shafaq news” portalına istinadən xəbər verir ki, Səfirliyin binasında həyəcan siqnalı verilib. 

Dağıntı və tələfat barədə məlumat verilməyib. 

Bildirilir ki, oktyabrın 17-dən noyabrın 25-nə kimi Amerikanın Suriya və İraqdakı qüvvələri 73 dəfə hücuma məruz qalıb. Pentaqon bu hücumlar zamanı xəsarət alanların olmadığını açıqlayıb. 

Qeyd edək ki, oktyabrın 7-si Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında qarşıdurma başladıqdan sonra ABŞ hərbi bazalarına hücumların sayı artıb. Sözügedən hücumlara görə məsuliyyəti HƏMAS tərəfindən dəstəklənən “İraqın İslam müqaviməti” hərəkatı öz üzərinə götürüb. Suriyada hazırda təqribən 900, İraqda isə 2500 amerikalı hərbçi var.