ABŞ-nin Qafqaz üzrə baş müşaviri İrəvanda səfərdədir

abs-nin-qafqaz-uzre-bas-musaviri-irevanda-seferdedir
Oxunma sayı: 1188

ABŞ Dövlət departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanın paytaxtı İrəvana səfər edib. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Lui Bono səfər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirib. 

Tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini və digər bir sıra məsələləri müzakirə etdiyi bildirilir.