ABŞ Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib

abs-reisinin-olumu-ile-elaqedar-bassagligi-verib
Oxunma sayı: 2325

ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama yayıb.

“ABŞ İranın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian və nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə bağlı rəsmi başsağlığı verir. İran yeni prezidenti seçdiyi üçün İran xalqını və onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsini dəstəklədiyimizi bir daha təsdiqləyirik”, - açıqlamada qeyd olunub.