ABŞ səfirliyindən Anım Günü ilə bağlı paylaşım

abs-sefirliyinden-anim-gunu-ile-bagli-paylasim
Oxunma sayı: 2761

ABŞ-nin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin feysbuk hesabında edilən paylaşımda deyilir:

“Sentyabrın 27-də Azərbaycanın Anım Günündə Azərbaycan və Ermənistan arasında münaqişədə həlak olanların ailələrinə başsağlığı veririk.  Bu gün səfirliyimiz münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”.