ABŞ Senatı altıncı dəfə həmin qanun layihəsini qəbul edə bilmədi

abs-senati-altinci-defe-hemin-qanun-layihesini-qebul-ede-bilmedi
Oxunma sayı: 1102

ABŞ senatorları altıncı dəfədir ki, hökumətin bağlanmasına faktiki son qoymaq üçün qanun layihəsini qəbul edə bilməyiblər.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Senatının iclası “C-Span” tərəfindən yayımlanıb.

Hökumətin maliyyələşdirilməsini davam etdirəcək qanun layihəsini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Qanun layihəsinin qəbulu üçün isə 60 səs lazımdır.

Qeyd edək ki, oktyabrın 1-də Senat büdcə qanun layihəsini razılaşdıra bilmədiyi üçün ABŞ hökuməti fəaliyyətini dayandırdı. Səbəb Demokratlar və Respublikaçılar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı olub.