ABŞ Venesuelaya bu uçuşları dayandırıb

abs-venesuelaya-bu-ucuslari-dayandirib
Oxunma sayı: 1085

ABŞ-nin son hadisələrdən sonra Venesuelaya deportasiya edilmiş şəxslərin uçuşlarını müvəqqəti dayandırdığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN ABŞ hökumət rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, administrasiya Venesueladakı gərgin vəziyyəti nəzərə alaraq belə bir qərar qəbul edib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 02:00 radələrində Venesuelanın paytaxtı Karakasda partlayış və təyyarə səsləri eşidilib. Partlayışlardan sonra Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif mülki və hərbi obyektlərinə hücum etməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp isə Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatın başladığını və Maduro ilə həyat yoldaşının ölkədən təxliyə edildiyini açıqlayıb.

ABŞ-nin baş prokuroru Pam Bondi isə bildirib ki, Maduro və həyat yoldaşı Siliya Flores ABŞ-də ittiham olunublar. Maduroya qarşı “narkoterrorizm, kokain qaçaqmalçılığı və ABŞ-yə qarşı pulemyot və təxribat qurğuları saxlamaq” ittihamları irəli sürülüb.