Abşeronda 62 yaşlı kişi 29 yaşlı qadını öldürdü

abseronda-62-yasli-kisi-29-yasli-qadini-oldurdu
Oxunma sayı: 7209

Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Abşeron rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dekabrın 12-si saat 20 radələrində Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində kəsici-deşici alətlə Arzu Rəhimovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Eynulla Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.