Abşeronda evdən bahalı silah oğurlandı - Foto

abseronda-evden-bahali-silah-ogurlandi
Oxunma sayı: 2055

Abşeron rayonunda mənzillərdən oğurluq edən şəxslər tutulub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Atyalı qəsəbə sakini Abşeron RPİ-nin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan dəyəri 5 min manat olan bir ədəd ov tüfəngi, həmçinin digər məişət əşyaları oğurladığını bildirib. Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə evdən Polis Bölməsinə şikayətlər daxil olub.

Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxslər tərəfindən törədilib. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqlarda şübhəli bilinən əvvəllər məhkum olunmuş Aqşin Hüseynov və Elman Əkbərzadə saxlanılıblar. Onlar ifadələrində həmin ərazidə yerləşən ümumilikdə 7 evdən televizor, kompüter avadanlıqları və digər əşyalar oğurladıqlarını bildiriblər.

Aqşin Hüseynov və Elman Əkbərzadədən oğurluq yolu ilə ələ keçirdikləri əşyaların bir qismi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.