Abşeronda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası - Fotolar

abseronda-heyder-eliyev-ili-cercivesinde-agacekme-aksiyasi
Oxunma sayı: 1427

Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib.

Gənclərin və könüllülərin də fəal qatıldığı aksiyada 1000-ə yaxın ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilib.

Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilmiş, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub.

Bundan əlavə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq sahələri salınmış, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilib.