Abşeronda “Heydər Əliyev İli” çərçivəsində konfrans - Fotolar

abseronda-heyder-eliyev-ili-cercivesinde-konfrans
Oxunma sayı: 1432

“Heydər Əliyev İli” ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkürəsi” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki,  tədbirdə YAP İdarə Heyətinin üzvü, millət vəkili Azər Badamov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Abşeron RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək önünə gül dəstələri düzüb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kurs bugünki güclü Azərbaycanın bərqərar olmasına gətirib çıxarıb. Ulu Öndərin ən böyük arzusunun işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması olduğunu vurğulayan RİH başçsı qeyd edib ki, bu arzu Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi sayəsində döyüş meydanında düşmən üzərində şanlı qələbə qazanmaqla reallaşdırıldı.

Tədbirin sonunda Vətən Müharibəsi qazisi Vasif Allahverdiyev və Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin Abşeron Rayon Şöbəsinin sədri Süleyman Cəfərov YAP sıralarına qatılması münasibəti ilə təbrik edilmiş və onlara partiyanın vəsiqələri təqdim olunub.