Abşeronda şəhid ailələri bayram günlərində ziyarət edildi - Fotolar

abseronda-sehid-aileleri-bayram-gunlerinde-ziyaret-edildi
Oxunma sayı: 1613

Xalqımızın müqəddəs bayramı olan Novruz bayramı günlərində şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub.

“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Vətən müharibəsi şəhidlərinin, o cümlədən 2022-ci ilin sentyabr ayında düşmənin növbəti hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyaraq, əziz xatirələri hörmətlə yad ediblər. Daha sonra şəhidlərimizin ailə üzvlərinə baş çəkib, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar.

Ziyarət və görüşlərdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra tarixi torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılıb, Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş bütün vəzifələrə çatmaq gücündə olması qeyd edilib. 

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.