Acun Ilıcalı saatının qiyməti ilə gündəm oldu - Fotolar

acun-ilicali-saatinin-qiymeti-ile-gundem-oldu
Oxunma sayı: 11017

Türkiyəli tanınmış aparıcı, “TV8” telekanalının sahibi Acun Ilıcalı qolundakı saatın qiyməti ilə gündəm olub.

“Qafqazinfo” “Akşam”a istinadən xəbər verir ki, Acun Ilıcalı öz rəsmi instaqram hesabında 23 yaşlı sevgilisi Çağla Altunkaya ilə birgə fotosunu paylaşaraq onun ad gününü təbrik edib.

Sözügedən fotoda 53 yaşlı tanınmış aparıcının qolundakı saat izləyicilərinin diqqətini çəkib. Belə məlum olub ki, saat İsveçrə brendi “Richard Mille”yə məxsusdur və qiyməti 9 milyon 438 862 lirə (təqribən 550 min dollar) təşkil edir.