AFFA “Zirə”nin şikayətini qismən təmin etdi

affa-zirenin-sikayetini-qismen-temin-etdi
Oxunma sayı: 1397

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı futbolçu Pyer Zebli ilə bağlı “Zirə”nin apellyasiya şikayətini qismən təmin edib.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzasının çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib.

Oyunçuya şərti cəzanın çəkilməsinə görə 3 ay sınaq müddəti təyin edilib. Futbolçu bu müddət ərzində törədilən qayda pozuntusuna görə əlavə 1 oyunluq cəza alacaq. “Zirə”nin 1500 manat məbləğində cərimələnməsi qüvvədə saxlanılıb.