Ağ Evdə söküntü işləri aparılır - Foto

ag-evde-sokuntu-isleri-aparilir
Oxunma sayı: 5928

ABŞ Prezidenti Donald Tramp üçün bal zalının açılmasına görə Ağ Evin bir hissəsinin sökülməsinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Washington Post” məlumat yayıb.

Bildirilir ki, tikinti briqadaları 1902-ci ildə inşa edilmiş Şərq Qanadının bir hissəsini sökür. Ağ Ev sözçüsünün məlumatına görə, söküntü işlərinə bazar ertəsi, oktyabrın 20-də başlanılıb.

Qeyd edək ki, ABŞ lideri Ağ Evi təmir etmək və bal zalı əlavə etmək qərarına gəlib. Bu iş 200 milyon dollara başa gələcək və Amerika lideri bunun xərcini öz cibindən ödəyəcək. Bu, 20-ci əsrin ortalarından bəri ən böyük təmir layihəsi olacaq.