Ağ Evdən Rusiyaya çağırış

ag-evden-rusiyaya-cagiris
Oxunma sayı: 4945

ABŞ Rusiyanı Qara dəniz "Taxıl sazişi"ni ləğv etmək qərarına yenidən baxmağa çağırıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodgenin məlumat verib.

“Biz Rusiya hökumətini qərarını dərhal yenidən nəzərdən keçirməyə çağırırıq. Moskvanın qərarı ərzaq təhlükəsizliyini pisləşdirəcək və milyonlarla insana zərər verəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Qara dəniz razılaşmalarının faktiki olaraq qüvvədən düşdüyünü bildirib.