Ağacları kəsmək baha başa gəldi

agaclari-kesmek-baha-basa-geldi
Oxunma sayı: 1138

Bakının Nizami rayonu, B.Nuriyev küçəsi 42 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

“Qafqazinfo”nun məlumatına görə, xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman iki ağacın vətəndaş Rüstəm Əhmədov tərəfindən kəsildiyi və təbiətə 4200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nizami Rayon Prokurorluğuna göndərilib”, - o qeyd edib.