Ağaoğlu infarkt keçirdi

agaoglu-infarkt-kecirdi
Oxunma sayı: 4639

Türkiyəli iş adamı Ali Ağaoğlu infarkt keçirib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ağaoğlunun ürəyinə stend qoyulub. 

Onun səhhətinin yaxşı olduğu, müalicəsinin xəstəxanada davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Ağaoğlu 1 milyard dollarlıq sərvətlə “Forbes Türkiyə”nin 2017-ci ildə hazırladığı “ən zəngin 100 türk” siyahısında 27-ci sırada yer alıb.