Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon Prokuroru Vasif Süleymanov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon prokurorluğunun əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Çıxış edən RİH başçısı Vaqif Həsənov və digərləri Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının fəaliyyətində yeni bir dövrün başlanmasından, ümummilli lider Heydər Əliyevin hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamından, cənab prezident İlham Əliyevin göstərişləri əsasında prokurorluq orqanlarında son dövrlərdə aparılan kadr islahatları nəticəsində savadlı kadrların vəzifədə irəli çəkilməsindən, yüksək keyfiyyətli təhsil almış gənclərin prokurorluq orqanlarına qəbul olunmasından bəhs ediblər.
Tədbirin sonunda bir qrup prokurorluq orqanının əməkdaşı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılıb.






Son xəbərlər
Son Xəbərlər