Ağdamda qəzada yaralananların kimliyi açıqlandı - Yenilənib

agdamda-qezada-yaralananlarin-kimliyi-aciqlandi
Oxunma sayı: 2338

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün saat 19 radələrində rayonun Çəmənli kəndi ərazisində olub. 

Belə ki, yüksək sürətlə hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı elektrik xəttinə, daha sonra beton hasara çırpılaraq hərəkətdə olan “KİA” markalı avtomobillə toqquşub.

Qəza zamanı “Toyota”da olan sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdamda baş verən qəza zamanı xəsarət alanların kimliyi məlum olub. 

Əldə etdiyimiz məlumata görə, qəza zamanı rayon sakinləri, 1971-ci il təvəllüdlü Bayramov Xosrov Xəlil oğlu, 1974-cü il təvəllüdlü Bayramova Gültəkin Ayxan qızı, 1999-cu il təvəllüdlü Bayramova Teyyubə Xosrov qızı, 1961-ci il Mehralıyeva Laləzar Mirzə qızı və 1969-cu il təvəllüdlü  Qarayeva Nazilə Kəriş qızı müxtəlif dərəcəli xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan G.Bayramova, T.Bayramova və L.Mehralıyevaya ilkin tibbi yardım göstərilərək Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Ziya Əmirxanlı