Ağdamda yanğın başlayıb - Video

agdamda-yangin-baslayib
Oxunma sayı: 324

Ağdam rayonunda açıq ərazidə yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbi araşdırılır.

Ziya Əmirxanlı