Ağdaşda konfrans keçirildi - Fotolar+Video

agdasda-konfrans-kecirildi
Oxunma sayı: 620

Dekabrın 4-ü Ağdaşda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Milli Məclisin deputatları Rasim Musabəyov və Sahib Alıyev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov, dövlət qurumlarının rəhbər və nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və gənclər iştirak ediblər.

Konfransa başlamazdan öncə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 “Konstitusiya və Suverenlik İli: Ulu Öndər Heydər Əliyev – müasir Azərbaycan Konstitusiyasının banisi, Prezident İlham Əliyev – ölkənin suveren inkişaf modelinin müəllifi” mövzusuna həsr olunan panel müzakirələrinə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə moderatorluq edib.

Milli Məclisin deputatları Rasim Musabəyov və Sahib Alıyev, eləcə də politoloq Fərhad Məmmədov çıxış edərək Ulu Öndərin dövlətçilik strategiyasının əsas istiqamətləri, Azərbaycan Konstitusiyasının formalaşma mərhələləri, ölkənin suverenlik konsepsiyası və Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasətin ardıcıl və uğurlu şəkildə həyata keçirilməsi barədə geniş məlumat veriblər.

Həmçinin Ümummilli Liderin siyasi və hüquqi irsinin müasir dövrdə Azərbaycanın dövlətçilik modelinə təsiri, Konstitusiyanın hazırlanması və qəbul edilməsində xalq iradəsinin rolu, ölkəmizin suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış tarixi addımlar ətraflı şərh edilib.

Panel iştirakçıları Azərbaycanın demokratik inkişaf yolu, qanunvericilik islahatları, hüquq sisteminin təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üzrə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi, sosial və beynəlxalq sahələrdə əldə olunan uğurların Konstitusiya və suverenlik prinsipləri ilə sıx bağlılığını vurğulanıb.

İştirakçılar tərəfindən politoloqlara verilən suallar ətrafında konfrans müzakirələri davam etdirilib.