Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

agdasda-masin-hasara-cirpildi
Oxunma sayı: 315

Ağdaşda idarəetmədən çıxan minik avtomobilinin hasara çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Maşad kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, rayon sakini Yusif Məmmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı