“Agro Dairy” və “Food City Agrocomplex” əməkdaşlığa start verdi

agro-dairy-ve-food-city-agrocomplex-emekdasliga-start-verdi
Oxunma sayı: 2527

Ölkənin qabaqcıl kənd təsərrüfatı şirkətlərindən olan “Agro Dairy”nin rəhbərliyi Xudat şəhərində yerləşən “Food City Agrocomplex”də olublar.

“Qafqazinfo” xəbər verir ki, ziyarət zamanı nümayəndələr “Food City Agrocomplex”in müasir infrastruktur və göstərilən xidmətlərlə tanış olublar.

Kompleksimizdə yüksək texnoloji standartlara cavab verən saxlanma və logistika infrastrukturu, kompleksin ekosistemində olan terminal sahələri, soyuducu anbarlar, qida təhlükəsizliyi laoboratoriyası və KOB evi təşkilatçılığı ilə “Bir pəncərə” prinsipi əsasında dövlət və özəl qurumların birgə sahibkarlara göstərdiyi çevik və rahat xidmət formasını yüksək qiymətləndiriblər.

Görüş zamanı eyni zamanda hər iki şirkət arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Belə ki, “Agro Dairy” şirkətinin idxal-ixrac əməliyyatları zamanı “Food City Agrocomplex”in təklif etdiyi çevik və rahat həllər və peşəkar ixtisaslaşmış komanda ilə bütün gömrük, logistika əməliyyatlarının uğurlu şəkildə aparılması hədəflənir.

Sonda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılığa gəlinib.

Bu memorandumu imzalamaqla “Agro Dairy” və  “Food City Agrocomplex” həm daxili, həm də beynəlxalq bazarda rəqabət qabiliyyətlərini artırmağa yönəlmiş birgə təşəbbüslərə start verir.

Qeyd edək ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin üzərində Xudat şəhərində yerləşən “Food City Agrocomplex” 11,71 ha ərazini əhatə edir.

Aqrokompleksdə birgə fəaliyyəti təşkil olunan dövlət və özəl sektor nümayəndələri “Bir pəncərə” prinsipi ilə idxal-ixrac və tranzit əməliyyatlarında iştirak edən istehsalçılara və ixracatçılara terminal, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış xidmət göstərirlər.

Aqrokompleksin əsas tərkib hissələrindən olan Logistika Mərkəzi özündə həm Dalan dəmir yolu, həm də Yük maşınları terminallarını birləşdirir ki, bu da hər iki - Şimal-Cənub və Şərq-Qərb beynəlxalq transkontinental nəqliyyat dəhlizlərin kəsişməsində yerləşən ölkəmizdə Aqrokompleksi mühüm nəqliyyat-logistika qovşağına çevirir.

“Agro Dairy” Azərbaycanın aparıcı kənd təsərrüfatı və qida şirkətlər qrupundan biridir. Qrupa daxil olan 14 şirkət bir araya gələrək Azərbaycanın kənd təsərrüfatı və qida istehsalı sahələrində müasir və inteqrasiya olunmuş yanaşmalar təqdim edir. Bu şirkətlər müxtəlif sahələrdə ixtisaslaşaraq ölkənin qida və ərzaq təhlükəsizliyinə mühüm töhfələr verir. Aşağıda qeyd olunan şirkətlər bu qrup altında birləşərək ölkənin aqrar və qida sektorunda əsas rol oynayır:

Əkinçilik üzrə ixtisaslaşmış “Agro Dairy” MMC, toxum istehsalı və emalı üzrə ixtisaslaşmış “Agro Supply” MMC, “Azərtoxum” MMC, “Süsən Agro” MMC, iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və broyler quşçuluğu üçün yem istehsalı üzrə ixtisaslaşmış “ATS Feed” MMC (Ağdaş Yem Fabriki), “Azər Yem” MMC, soya emalı üzrə ixtisaslaşmış “ATS Soy” MMC, un istehsalı üzrə ixtisaslaşmış “Abşeron Taxıl” MMC, südçülük heyvandarlığı üzrə ixtisaslaşmış “Yalama Aqropark” MMC, “Xaçmaz Aqropark” MMC, “Qəbələ Aqropark” MMC, “Agrofresh” MMC, “Günəşli Aqropark” MMC (Cəlilabad Aqropark), ət emalı üzrə ixtisaslaşmış “Azprotein” MMC və süd emalı üzrə ixtisaslaşmış “Milla Dairy” MMC.