Ağstafada 19 yaşlı qadın öldürüldü - Şübhəli şəxs əridir

agstafada-19-yasli-qadin-olduruldu
Oxunma sayı: 5341

Ağstafada 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində baş verib.

Atası evində bıçaqlanan Mədinə Qədimova hadisə yerində ölüb.

Qətldə qadının 23 yaşlı əri Valeh Qədimov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev