Kamilo Duran dubl etdi, “Seltik” darmadağınla qalib gəldi

kamilo-duran-dubl-etdi-seltik-darmadaginla-qalib-geldi
Oxunma sayı: 321

Şotlandiyanın “Seltik” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda böyükhesablı qələbə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Qlazqo təmsilçisi öz meydanında Avstriyanın LASK klubunu qəbul edib və 3:0 hesabı ilə darmadağın edib.

Meydan sahiblərinin qələbəsində əsas pay sahibi bu yay “Qarabağ”dan “Seltik”ə keçən Kamilo Duran olub. Kolumbiyalı hücumçu matçın start heyətində meydana çıxıb və qarşılaşmanın qəhrəmanına çevrilib.

Duran 38 və 67-ci dəqiqələrdə fərqlənərək dubl edib və komandasının darmadağında mühüm rol oynayıb. Futbolçu 83-cü dəqiqədə Hayssem Hassanla əvəzlənib.