Ağstafada yeniyetməni öldürən şəxs saxlanıldı

agstafada-yeniyetmeni-olduren-sexs-saxlanildi
Oxunma sayı: 2957

2009-cu il təvəllüdlü Ağstafa rayon sakini Cavanşir Bədirovu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 2006-cı il təvəllüdlü Y. Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.