Avropa İttifaqından (Aİ) Ermənistan, Qazaxıstan və Qırğızıstana ixrac olunan məhsullar Rusiya ərazisindən daşınarkən yoxa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb.
Məlumata görə, itən məhsulların ümumi dəyəri 1 milyard dollardan çoxdur. Bu malların ümumilikdə sanksiyalara görə Rusiyaya ixrac olunması qadağandır.
Bunlar arasında təyyarələr üçün ehtiyat hissələri, optik avadanlıqlar, radio yayımı üçün detallar və qaz turbinləri var.
Həmçinin oxuyun: Kapital Bank получил 4 награды от Visa
Üç ölkəyə ixrac üçün nəzərdə tutulan bu detalların yalnız yarısı təyinat məntəqəsinə çatıb.
Daha əvvəl yayılan məlumata görə, Aİ Rusiyaya qarşı sanksiyalara görə üçüncü ölkələrə məhsul ixracına qadağa qoymaq istəyir.
Burada söhbət həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna biləcək mallardan gedir.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər