Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq

ai-ermenistana-200-milyon-avrodan-cox-vesait-ayiracaq
Oxunma sayı: 929

Avropa İttifaqı “Dayanıqlılıq və İnkişaf Proqramı”nın ikinci mərhələsi çərçivəsində Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib.

Aİ komissarı qeyd edib ki, 2021-ci ildən Ermənistana artıq 2,5 milyard avrodan çox investisiya cəlb edilib.