Avropa İttifaqı ölkələri təşkilata üzv ölkələrdə akkreditə olunmuş rusiyalı diplomatların Şengen zonası daxilində hərəkət azadlığının məhdudlaşdırılması imkanını müzakirə edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Financial Times” yayıb.
Məlumata görə, sözügedən təklifin müzakirəsinə dair təşəbbüsü Çexiya irəli sürüb. Bildirilir ki, burada məqsəd casusluqla mübarizədir.