Aİ Ukraynanın üzvlük tarixini açıqladı

ai-ukraynanin-uzvluk-tarixini-aciqladi
Oxunma sayı: 3062

Aİ-nin Kiyevdəki səfiri Katarina Maternova bildirib ki, Ukrayna 2030-cu ilə qədər Aİ-yə daxil ola bilər.

“Qafqazinfo” xəbər verir ki, onun açıqlamasını Ukraynanın “Avropa həqiqəti” nəşri yayıb.

O, Brüssel tərəfindən nəzərdə tutulan islahatların tamamlanmasını: qanunvericilik, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsi və məhkəmə sahəsində, habelə korrupsiyaya qarşı uğurlu mübarizəni Ukraynanın Aİ-yə daxil olmasının şərti adlandırıb.

“İnanıram ki, Ukrayna 2022-ci ilin iyununda Avropa Komissiyasının tövsiyəsində müəyyən etdiyi yeddi addım üzərində işi başa çatdıracaq. Düşünürəm ki, çox çalışsanız, 2030-cu il real son tarixdir”, - səfir bildirib.

Maternovanın sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu ilin dekabrında başlaya bilər.