Yeni il təkcə yeni başlanğıcların deyil, həm də ailə dəyərlərinin ön plana çıxdığı xüsusi günlərdən biridir. Bir çox sənətçilər işləri ilə əlaqədar Yeni ili səhnədə qarşılayıb, bəziləri isə ailə üzvləri ilə birlikdə qeyd ediblər.
“Qafqazinfo” xəbər verir ki, ailə fotolarını sosial şəbəkə hesablarında paylaşan məşhurlar bayram təbriki ilə yanaşı xoş arzularını da yazıblar.
Aparıcı Cavid Gül Yeni ili həyat yoldaşı Nərgiz və qızı Sofiya ilə birlikdə qarşılayıb.
.jpg)
Aktrisa Sevinc Əliyeva bayramı övladları ilə birgə keçirib.
.jpg)
Müğənni Emil Bədəlov Yeni ili həyat yoldaşı Xanım, qızları Səadət, Zeynəb və Cahan ilə birlikdə qeyd edib. Müğənninin ailəvi fotosu sosial mediada maraqla qarşılanıb.
.jpg)
Aparıcı İlkin Həsəni də Yeni ili bloger həyat yoldaşı Aysel və övladları ilə birlikdə qarşılayıb.
.jpg)
Aşıq Samirə Əliyeva Yeni ili övladları ilə birlikdə Birləşmiş Ərəb Əmirliyində keçirib. Sənətçinin səyahət zamanı paylaşdığı bayram görüntüləri sosial şəbəkələrdə diqqət çəkib.
.jpg)
Son xəbərlər
Son Xəbərlər