Alveş həbs olundu

alves-hebs-olundu
Oxunma sayı: 5808

"Barselona"nın və Braziliya millisinin 39 yaşlı sabiq futbolçusu Dani Alveş həbs olunub.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərarı Barselona məhkəməsi verib.

Belə ki, məhkəmə onu 23 yaşlı qıza qarşı zorakılıq hərəkətlərində təqsirli bilərək müvəqqəti həbs cəzasına məhkum edib.

Xatırladaq ki, bir müddət əvvəl həmin qadın futbolçunu ona cinsi təcavüz etməkdə ittiham edib.