Alveşdən həbsdən sonra ilk açıqlama - “Harada olsam da, sağ qalıram”

alvesden-hebsden-sonra-ilk-aciqlama
Oxunma sayı: 2011

“Barselona”nın sabiq futbolçusu Dani Alveş həbsxanadan çıxdıqdan sonra ilk dəfə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, sabiq müdafiəçi açıqlamasında yaşanan hadisələrin həyatına təsirindən danışıb. 

O, sağ qalmaq üçün harada olmasının fərq etmədiyini vurğulayıb: “Harada olsam da, sağ qalıram. Hər şeyə uyğunlaşıram. Çünki insanı yer deyil, yeri yaradan insandır”.

Xatırladaq ki, Alveş qıza təcavüz etməkdə ittiham olunurdu. Beləliklə, braziliyalı müdafiəçi 4 il yarım həbs cəzasına məhkum edilmişdi. Ötən həftə isə Dani Alveş 1 milyon avro qarşılığında zaminə buraxılmışdı.