Amerikalı aktrisa vəfat etdi

amerikali-aktrisa-vefat-etdi
Oxunma sayı: 1543

Amerikalı aktrisa Linn Koen 86 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Vanity Fair” xəbər verib.

Mərhumun ölüm səbəbi açıqlanmır, vida və dəfn mərasimi barədə bir qədər sonra məlumat veriləcək.

Qeyd edək ki, Koyen 1933-cü il 10 avqust tarixində anadan olub. “Böyük şəhərdə seks” filmində yaratdığı Maqda obrazı ona böyük şöhrət gətirib. Həmçinin o, “Qayda və qanun”, “Nyu-York polisi”, “Qəribə missis Meyzel” və digər filmlərdə rol alıb.