Amerikalı aktyor qətlə yetirildi

amerikali-aktyor-qetle-yetirildi
Oxunma sayı: 3495

Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Skynews” məlumat yayıb.

Qeyd olunub ki, aktyor Los-Ancelesdə güllələnib.

Los-Anceles Polis Departamentinin məlumatına görə, hadisə Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib.

Bildirilib ki, Vaktorun avtomobilindən bahalı hissəni oğurlamağa çalışan 3 maskalı şəxs aktyora atəş açıb.

Xəstəxanaya çatdırılan 37 yaşlı aktyor aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, C. Vaktor “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.