Hindistan hakimiyyəti Banqladeşlə sərhədin mühafizəsini gücləndirmək üçün ilan və timsahlardan istifadəni nəzərdən keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Hindu” qəzeti Hindistanın Sərhəd Təhlükəsizlik Qüvvələrinə istinadən məlumat yayıb.
Belə ki, artıq həmin qüvvələrə çayla ayrılan sərhədyanı bölgələrdə sürünənlərdən istifadə imkanlarını öyrənmək tapşırılıb. İlan və timsahlarların sərhədin həssas sahələrində təbii maneə kimi istifadə oluna biləcəyi güman edilir. Söhbət çaylar, bataqlıqlar və mürəkkəb relyef səbəbindən ənənəvi sərhəd çəpərlərinin quraşdırılmasının mümkün olmadığı çətin keçilən ərazilərdən gedir.
Bununla yanaşı, yerli sakinlər üçün müəyyən risk daşıyan bu təşəbbüsün hələlik öyrənilmə mərhələsində olduğu bildirilir.
Qeyd edək ki, Hindistan və Banqladeş arasında sərhədin uzunluğu 4,9 min kilometrdən çoxdur. Daha əvvəl ölkə hakimiyyəti qeyri-qanuni miqrasiya və qanunsuz fəaliyyətlə mübarizə üçün projektorlu çəpərlərin mərhələli tikintisini təsdiq etmişdi. Bu tipli qurğuların böyük hissəsi artıq tikilib, lakin ayrı-ayrı sahələrdə təbii şərait onların inşasını çətinləşdirir.
Son xəbərlər
Son Xəbərlər