54 yaşlı sürücü sükan arxasında öldü

54-yasli-surucu-sukan-arxasinda-oldu
Oxunma sayı: 1077

Bakıda sürücü sükan arxasında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb.

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.