63 yaşlı kişi boyadan zəhərlənib öldü

63-yasli-kisi-boyadan-zeherlenib-oldu
Oxunma sayı: 856

Gəncə sakini boyadan zəhərlənib ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin İqor Makayev küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1961-ci il təvəllüdlü Məhər Məmmədov yaşadığı evin damında su çəninin içərisini rəngləyən zaman zəhərlənərək ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Fakta bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev