Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimovun uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlərlə görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, nazir son iki ildə nazirlik tərəfindən mədəniyyət sahəsində həyata keçirilən islahatlar haqqında söz açıb.
Anar Kərimov oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda keçirilən müşavirədə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktorlarına gənc müəllimlərə 24 saatdan az olmayaraq iş saatının verilməsi barədə göstəriş verdiyini diqqətə çatdırıb. Regional idarələrin rəhbərlərinin bu prosesə nəzarəti həyata keçirmələri barədə göstəriş verildiyi qeyd edilib.
Sonda müsabiqədə yüksək bal toplayan müəllimlərə və müsahibə komissiyalarının üzvlərinə nazirliyin fəxri fərmanlarını təqdim edən Anar Kərimov Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafındakı fəaliyyətlərində onlara uğurlar arzulayıb.




Son xəbərlər
Son Xəbərlər