Anasını qızıl tabutda dəfn etdi - Video

anasini-qizil-tabutda-defn-etdi
Oxunma sayı: 11328

Nigeriyada “Peyğəmbər İremiya” kimi tanınan məşhur vaiz Yeremya Fufeyin 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn edib.

“Qafqazinfo” xəbər verir ki, “Mama Asetu” kimi tanınan yaşlı qadın 2025-ci ilin may ayında vəfat edib, dekabr ayında doğma Bayelsa əyalətinin Ələibiri qəsəbəsində son mənzilə yola salınıb.

Dəbdəbəli dəfn mərasimi ölkədə və sosial mediada böyük ajiotaj doğurub.

Dəfn mərasimində istifadə edilən qızıl örtüklü tabut həm mərasim iştirakçılarının, həm də sosial media istifadəçilərinin diqqətini çəkib. Tabutu daşıyanlar ağ geyimdə olub. Bəzi mənbələr tabutun 100-150 milyon Nigeriya nairası (təxminən 100-150 min dollar) dəyərində olduğunu iddia ediblər.

Mərasimdə mərhumun ailə üzvləri, qohumları və çoxsaylı icma üzvləri iştirak ediblər. Dəfn mərasimin sosial media platformalarında yayılan videoları və fotoları “dəbdəbəli vida” kimi şərh edildib və mübahisələrə səbəb olub. Çünki mərasim Bayelsa əyalətinin çox kasıb bir bölgəsində keçirilib.