Anım Günü münasibətilə Xəzər rayonunda silsilə tədbirlər keçirildi - Fotolar

anim-gunu-munasibetile-xezer-rayonunda-silsile-tedbirler-kecirildi
Oxunma sayı: 1252

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarında etibarən Xəzər rayonunun Binə və Buzovna qəsəbələrindəki Şəhidlər xiyabanı ziyarət edilib.

Mərasimlərdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanları, İctimai Birliklərin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri, rayonun fəal gəncləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirlərin davamı olaraq Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilərək ehsan süfrəsi açılıb.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və aprel döyüşlərinin şəhid ailələri, qazilər, din xadimləri və rayon ağsaqqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulayıb.

Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin üzvləri tərəfindən Vətən Müharibəsi şəhidlərinin xatirəsinə şeirlər səsləndirilib.