Ankaranın Gölbaşı rayonunda tekstil fabrikində yanğın baş verib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibb işçiləri sövq edilib.
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
Hadisə zamanı ölən və yaralanan olmayıb, fabrikə külli miqdarda ziyan dəyib.