Ankarada xristian qəbirləri təhqir edildi

ankarada-xristian-qebirleri-tehqir-edildi
Oxunma sayı: 2132

Türkiyənin Ankara şəhərində yerləşən Ortaköy qəbiristanlığında vandallar 20 xristian qəbrini təhqir ediblər.

“Qafqazinfo”nun “Rossiya 24” telekanalına istinadən məlumatına görə, cinayəti törədənlər 16-17 yaşlı yeniyetmələrdir. Onlar qəbiristanlığın qeyri-müsəlman hissəsindəki qəbirləri sındırıb. Bəzi plitələrin üzərinə rus soyadları olub.

Vandallar polis tərəfindən saxlanılıb. Cinayətkarlar vurduqları zərərin məbləğini mərhumların yaxınlarına ödəməli olacaq.