Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu gün Azərbaycana rəsmi səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Bununla yanaşı, A.Koşta “X” hesabında Bakıya səfəri ilə bağlı paylaşım edib.
O, paylaşımında bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyini vurğulayıb.
In Baku ???????? today, looking forward to meeting @presidentaz Ilham Aliyev.
— António Costa (@eucopresident) March 11, 2026
Azerbaijan is a key partner for the EU.
Over the past year, we have re-energised our relationship.
We are committed to further deepening our relationship on security, energy, digital and transport.
We… pic.twitter.com/tm2Zjwe1xE


Son xəbərlər
Son Xəbərlər