ÇL-də ilk yarımfinalçılar bəlli olur

cl-de-ilk-yarimfinalcilar-belli-olur
Oxunma sayı: 1560

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq.

“Qafqazinfo” xəbər verir ki, həmin komandaların adına 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün digər görüşündə isə “Liverpul” İngiltərədə PSJ ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları

23:00. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya)

İlk oyun – 2:0.

23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun – 0:2.

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.