Burak Yılmazdan qalmaqallı açıqlamalar - “Hamı onların kuklasıdır”

burak-yilmazdan-qalmaqalli-aciqlamalar
Oxunma sayı: 1245

“Qaziantep”in baş məşqçisi Burak Yılmaz “Rizespor”a 2:1 hesablı məğlubiyyətdən sonra qalmaqallı açıqlamalar verib.

“Qafqazinfo”nun məlumatına görə, gənc mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Türkiyə Futbol Federasiyasına etiraz edib.

“Bu federasiya rəhbəri ilə olmaz. Allah razı olsun ki, millimizi dünya çempionatına apardılar. Buna hörmət edirəm. Amma federasiyada hər kəs Ferhat Gündoğdu, Fuat Göktaş deyilən adamların kuklasıdır. Mənə cəza verəcəklərsə, istədiklərini etsinlər. Heç kim mənə mərc oyunlarında iştirak etdiyimi deyə bilməz. Fuat Göktaş mənə bunu etdi. Mən isə ona çox pis şeylər dedim. Əgər bir cavabları varsa, çıxıb danışsınlar. Onların hamısına yenə cavab verəcəyəm. Göktaşa ağır sözlər dediyim üçün məni sıxışdırırlar. İstefa verirəm”, - o bildirib.