İranı Hörmüzlə hədələdi

irani-hormuzle-hedeledi
Oxunma sayı: 1267

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İranın Hörmüz boğazından keçən gəmiləri dayandırmaqla bağlı addımlarını kəskin tənqid edib və buna qarşı ABŞ-nin cavab tədbirlərini müdafiə edib.

“Qafqazinfo” xəbər verir ki, Vens bu barədə “Fox News”a müsahibəsində danışıb.

O bildirib ki, İranın boğazı bağlamaq cəhdləri bütün dünyaya qarşı iqtisadi terrorizm kimi qiymətləndirilməlidir.

Vensin sözlərinə görə, Tehran faktiki olaraq Hörmüz boğazından keçən bütün gəmiləri təhdid edir.

Vitse-prezident əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın göstərişlərinə uyğun olaraq Vaşinqton da eyni şəkildə cavab verə bilər:

“Əgər iranlılar iqtisadi terrorizmlə məşğul olmağa çalışırlarsa, biz də heç bir İran gəmisinin çıxmaması prinsipini tətbiq edə bilərik. Bu oyunda iki nəfər oynaya bilər”.

Qeyd edək ki, ABŞ-nin İran limanlarına qarşı dəniz blokadası qərarı Pakistanda keçirilən və nəticəsiz başa çatan sülh danışıqlarından sonra qüvvəyə minib. İran tərəfi, o cümlədən, İslam İnqilabı Keşikçiləri Korpusu cavab tədbirləri görəcəyini açıqlayıb və vəziyyətin qlobal iqtisadiyyata təsirləri barədə xəbərdarlıq edib.