Yenidən eyni əmələ görə tutuldu - Video

yeniden-eyni-emele-gore-tutuldu
Oxunma sayı: 1134

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinin regional qrupuna istinadən xəbər verir ki, ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.