Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar

antonio-kostanin-azerbaycana-seferi-basa-catdi
Oxunma sayı: 1122

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri martın 12-si başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.